Ana Sayfa > Karusel / Siyasət > Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşinyan İlham Əliyevə təşəkkür etdi


22-10-2025, 10:51. Yazar: Admin

pasinyan-ilham-eliyeve-tesekkur-etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.

Qarabaginfo.az istinadən xəbər verir ki, o bu barədə Tbilisidə keçirilən V yubiley İpək Yolu Forumunda çıxışı zamanı deyib.

O həmçinin Baş nazir Əli Əsədova da təşəkkür edib.

Xatırladaq ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. 


Geri dön