Ana Sayfa > Karusel / Dünya > Litvanın müdafiə naziri istefa qərarı verib
Litvanın müdafiə naziri istefa qərarı veribBu gün, 15:47. Yazar: Admin |
© APA | Litvanın müdafiə naziri Dovile Şakaliene 21 oktyabr 2025 15:43 (UTC +04:00)
Litvanın müdafiə naziri Dovile Şakaliene istefa vermək qərarını açıqlayıb. Qarabaginfo.az bu barədə Litva mediasına istinadən xəbər verir. Belə ki, Şakaliene Baş nazir İnqa Ruqinienenin ona qarşı zəifləyən etimadını açıq-aşkar bəyan etməsindən sonra vəzifəsinə davam edə bilməyəcəyini bildirib. “Hal-hazırda qərarımı dəyişmək üçün bir səbəb görmürəm. Bu siyasətdir- Baş nazir və partiya liderinin etimadı sənin müəyyən bir vəzifəyə təyin olunmağını müəyyən edən amillərdir. İçərisində etimad olmayan bir mühitdə işləyəməyin mümkünlüyünü görmürəm. Baş nazir mənə ismarıc göndərərək mənə olan güvəninin zəiflədiyini deyib” müdafiə naziri deyib. Qeyd edək ki, ötən həftə Litva Baş naziri Ruqiniene müdafiə nazirindən 2026-cı il hərbi büdcəsi ilə bağlı hesabat tələb edib və məsələ ilə bağlı tərəflər arasında fikir ayrılıqları meydana çıxıb. Geri dön |