Ana Sayfa > Karusel / Dünya > Kreml NATO-nun Şimal dənizindəki manevrləri ilə xəbərlərə münasibət bildirib
Kreml NATO-nun Şimal dənizindəki manevrləri ilə xəbərlərə münasibət bildiribDünən, 15:38. Yazar: Admin |
NATO təlimləri həmişə Rusiya ordusunun diqqət mərkəzindədir. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Şimal dənizindəki manevrləri ilə bağlı xəbərləri şərh edərkən deyib. O, belə təlimlərin hər zaman Rusiya hərbçilərinin diqqət mərkəzində olduğunu qeyd edib: “NATO təlimləri daim Rusiya hərbçilərinin diqqətindədir və belə təlimlərin plan, niyyətləri diqqətlə təhlil edilir”. Qeyd edək ki, "Der Spiegel" NATO Hərbi Hava Qüvvələrinin Şimal dənizi üzərində “Ramstein Flag 2025” təlimləri keçirdiyini, alyansın müttəfiqlərinin ərazisinə “Rusiyanın hücumunu” dəf etmək və şərti düşmənin qarşısını almaq üçün ssenarini işlədiyini yazıb. Geri dön |