Ana Sayfa > Karusel / Kriminal > 802 min manatı mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibə cəza istənilib
802 min manatı mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibə cəza istənilibDünən, 13:44. Yazar: Admin |
“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, ittihamda göstərilən 308.2-ci maddəyə təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini xahiş edib. Prokuror Samirə Zeynalovanın ittiham olunduğu 179.4-cü maddə üzrə təqsirli bilinməsini və ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses oktyabrın 22-nə təyin edilib. Qeyd edək ki, ittihama görə, Samirə Zeynaova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib. Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir. Geri dön |