Ana Sayfa > Karusel / Siyasət > Tokayev Prezident İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib
Tokayev Prezident İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edibDünən, 12:52. Yazar: Admin |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı vurğulayıb: “Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsinə, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsində nail olunub. Bu məsələyə dəyişməz dəstəyinizi və diqqətinizi dərindən və yüksək qiymətləndirirəm”. Kasım-Jomart Tokayev onu da qeyd edib ki, müasir Azərbaycanın bütün nəzərəçarpan nailiyyətləri Prezident İlham Əliyevin qurucu, güclü liderliyi ilə ayrılmaz şəkildə bağlıdır. Geri dön |