Ana Sayfa > Karusel / Dünya > “Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır” –Müdafiə naziri

“Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır” –Müdafiə naziri


Bu gün, 11:29. Yazar: Admin

Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır.

Qarabaginfo.az bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Onun sözlərinə görə, London sülh razılaşması əldə olunarsa, öz hərbi kontingentini Ukraynaya göndərməyə hazırdır.  “ABŞ prezidenti Donald Tramp sülh razılaşmasına nail ola bilsə, biz uzunmüddətli sülhü təmin etməyə hazır olacağıq ki, bu da bizdən sərmayə qoymağı və qüvvələrin yerləşdirilməsinə hazırlaşmağı tələb edəcək”, – britaniyalı nazir bildirib.

Hili qeyd edib ki, Britaniya hökuməti qüvvələrin mümkün yerləşdirilməsinə hazırlaşmaq üçün artıq “milyonlarla” funt-sterlinq ayırıb və kontingentin yerləşdirilməsinin ümumi dəyəri təxminən 134 milyon dollar qiymətləndirilir.


Geri dön