Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyevin Qazaxıstana səfəri Türk dünyası üçün mühüm hadisədir - Qazax ekspert

Prezident İlham Əliyevin Qazaxıstana səfəri Türk dünyası üçün mühüm hadisədir - Qazax ekspert


Bu gün, 11:03. Yazar: Admin

Almat Tokein, Qazaxıstanlı politoloq

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də bütün Türk dünyası üçün mühüm hadisədir.

Bu fikirləri Qazaxıstanlı politoloq Almat Tokein bildirib.

Ekspertin sözlərinə görə, səfər ölkələr arasında etimadın, qarşılıqlı hörmətin və siyasi dialoqun yetkinliyinin göstəricisidir.

Bu gün Qazaxıstan və Azərbaycan regional əməkdaşlığın tonunu müəyyən edən dövlətlərdir. Hər bir yüksək səviyyəli səfər qardaşlıq və qarşılıqlı dəstək üzərində qurulmuş strateji tərəfdaşlığı daha da möhkəmləndirir,” deyə o, əlavə eidb.

Almat Tokein qeyd edib ki, səfərin gündəliyi iqtisadiyyat, nəqliyyat, energetika, Orta Dəhlizin inkişafı, logistikanın genişləndirilməsi, humanitar əməkdaşlıq və Xəzərin dayazlaşması kimi mühüm istiqamətləri əhatə edir.

Politoloqun sözlərinə görə, səfər çərçivəsində keçiriləcək biznes forumda investisiyalardan sənaye kooperasiyasına qədər konkret layihələr müzakirə ediləcək: “Prezident İlham Əliyevin bu səfəri siyasi ardıcıllığın və qarşılıqlı etimadın təcəssümüdür. Dövlət başçılarının mütəmadi görüşləri əməkdaşlığa real təkan verir.”

Almat Tokein vurğulayıb ki, səfərin nəticələri Astana–Bakı” strateji oxunu daha da gücləndirəcək və iqtisadiyyat, nəqliyyat, energetika sahələrində yeni imkanlar yaradacaq: “Ən əsası, bu səfər bir daha sübut edəcək ki, Qazaxıstan və Azərbaycan arasında səmimi dostluq və hörmət mövcuddur və bu münasibətlər ildən-ilə daha da möhkəmlənir.”


Geri dön