Ana Sayfa > Karusel / İqtisadiyyat > IMF: Ticarət gərginlikləri Orta Dəhliz ölkələrinin ixracına ciddi təsir etməyib
IMF: Ticarət gərginlikləri Orta Dəhliz ölkələrinin ixracına ciddi təsir etməyibBu gün, 10:54. Yazar: Admin |
"2025-ci ildə ticarət gərginlikləri Orta Dəhliz ölkələrinin ixracına ciddi təsir göstərməyib". Qarabaginfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondundan (IMF-BVF) bildirilib. Qeyd edilib ki, ticarət mübahisələri və regional gərginliklərə baxmayaraq, 2025-ci ildə Orta Dəhliz ölkələrinin (Qafqaz və Mərkəzi Asiya regionu – CCA) xarici ticarəti ümumilikdə sabit qalıb. IMF-in məlumatına əsasən, 2025-ci ilin yanvar–may aylarında MENAP (Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan) və CCA regionundakı inkişaf etməkdə olan və orta gəlirli ölkələrin mal ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 8% artıb. Bu artım əsasən Çin və Avropa İttifaqı ilə ticarət əlaqələrinin davam etməsi, həmçinin regiondaxili ticarətin genişlənməsi hesabına təmin olunub. Hesabatda qeyd olunur ki, neft idxalçısı olan CCA ölkələrində (Qırğızıstan, Ermənistan, Gürcüstan və b.) ixracın dəyəri kəskin artıb, bu da əsasən Rusiyaya yönləndilən ticarət axınlarının davam etməsi ilə bağlıdır. Bununla yanaşı, CCA-in neft ixrac edən ölkələrində (o cümlədən Azərbaycan) ümumi ixracın dəyəri ötən ilə nisbətən neft qiymətlərinin aşağı düşməsi səbəbindən azalıb, lakin neftdənkənar ixrac dayanıqlı qalıb. Geri dön |