Ana Sayfa > Karusel / Siyasət > Xələf Xələfov: Azərbaycan İranla əlaqələrin dərinləşdirilməsinə sadiqdir
Xələf Xələfov: Azərbaycan İranla əlaqələrin dərinləşdirilməsinə sadiqdirBu gün, 10:37. Yazar: Admin |
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehranda İran xarici işlər naziri Abbas Araqçi ilə görüşünə dair detallar məlum olub. Qarabaginfo.az İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Araqçi Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin genişlənməsi və bu yolda hər cür maneənin aradan qaldırılmasının vacibliyini vurğulayıb. İranlı nazir Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə regionda sülh və təhlükəsizliyin möhkəmlənəcəyinə ümidvar olduğunu dilə gətirib. Məlumatda qeyd edilib ki, Xələf Xələfov görüşü müsbət və konstruktiv olaraq xarakterizə edib. O, İran Prezidenti Məsud Pezeşkianın Bakıya uğurlu səfərini xatırladaraq, Azərbaycanın İranla müxtəlif sahələrdə əlaqələrinin dərinləşdirilməsinə sadiq olduğunu bəyan edib. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycan-İran müştərək iqtisadi komissiyası və siyasi məşvərətlər komitəsinin, eləcə də nəqliyyat sahəsindəki ortaq layihələrin ikitərəfli əlaqələr gündəliyinin mühüm komponentlərindən olduğunu bildirib. "Xüsusilə də nəqliyyat, elektrik enerjisi, kommunikasiya marşrutları sahələrində bəzi birgə layihələrin davam etdirilməsi və yekunlaşdırılması qeyd edilib", - məlumatda əlavə edilib. Geri dön |