Ana Sayfa > Karusel / Dünya > Aİ Kiyev üçün Rusiya aktivlərindən istifadə planı hazırlayacaq
Aİ Kiyev üçün Rusiya aktivlərindən istifadə planı hazırlayacaqBu gün, 10:03. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) liderləri, Belçikanın buna qarşı çıxmayacağını bildirməsindən sonra, Rusiyanın dondurulmuş aktivlərinin Kiyev üçün istifadəsi ilə bağlı hüquqi təklifin hazırlanması ilə bağlı Avropa Komissiyasına cümə axşamı rəsmi tapşırıq vermək niyyətindədir. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Qəzet bunun çox güman ki, cümə axşamı Brüsseldə keçiriləcək Avropa Şurasının rüblük iclasında baş verəcəyini bildirib. “Aİ liderləri Avropa Komissiyasına Rusiyanın dondurulmuş dövlət aktivlərindən milyardlarla avronun Belçikanın buna qarşı çıxmayacağını bildirməsindən sonra Ukraynaya külli miqdarda kreditin maliyyələşdirilməsi üçün istifadə edilməsi məqsədilə hüquqi təklif hazırlamaq tapşırığı vermək niyyətindədirlər”, - məlumatda deyilir. Geri dön |