Ana Sayfa > Karusel / Dünya > İsrailin kəşfiyyat PUA-ları Livanın prezident sarayının üzərində dövrə vurub
İsrailin kəşfiyyat PUA-ları Livanın prezident sarayının üzərində dövrə vurubBu gün, 10:00. Yazar: Admin |
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) bazar ertəsi günü Livanın hava məkanında qalıb və gün ərzində Beyrut və onun cənub ətrafları üzərində kəşfiyyat uçuşları həyata keçirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı məlumat yayıb. Məlumata görə, İsrailin kəşfiyyatçı PUA-ları günorta saatlarında Baabda prezident sarayının səmasında bir neçə dəfə peyda olub. Pilotsuz təyyarələrin uğultuları gün ərzində şəhərin mərkəzi rayonlarında, əhalinin sıx məskunlaşdığı Dahiya, Cnah və Hadasın kənarlarında, eləcə də Aramoun, Bshamoon və Khalde şəhərətrafı ərazilərində eşidilib. Geri dön |