Ana Sayfa > Karusel / Dünya > Sarkozi Sante həbsxanasında saxlanılacaq

Sarkozi Sante həbsxanasında saxlanılacaq


21-10-2025, 09:58. Yazar: Admin

Sarkozi Sante həbsxanasında saxlanılacaq

Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə bu vəzifədə olmuş Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq.

Qarabaginfo.az xəbər verir ki, Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq.

Belə ki, sentyabrın 25-də sabiq dövlət başçısı korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.


Geri dön