Ana Sayfa > Karusel / Mədəniyyət > Rejissor: “Tağıyev: Neft” filmi Oskar mükafatına Azərbaycanın rəsmi namizədi seçilib
Rejissor: “Tağıyev: Neft” filmi Oskar mükafatına Azərbaycanın rəsmi namizədi seçilibDünən, 13:48. Yazar: Admin |
“Tağıyev: Neft” filmi Kino Sənəti və Elmləri Akademiyasının “Oskar” mükafatının “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyası üzrə ölkəmizdən rəsmi namizəd elan edilib. Bu barədə Qarabaginfo.az-a filmin rejissoru Zaur Qasımlı məlumat verib. Rejissorun sözlərinə görə, film Azərbaycan Film Akademiyası tərəfindən ilin ən yaxşı bədii filmi seçilib və “Oskar” mükafatına namizəd kimi təqdim olunub: “Hazırda 90 film arasında yer almışıq. Dekabr ayında bu filmlərdən 16-ı seçiləcək, yanvar ayında isə 5 film müəyyənləşdiriləcək. Sonda həmin 5 filmin yaradıcı heyəti Los-Ancelesə dəvət olunacaq və bu filmlər laureat hesab ediləcək”, – Zaur Qasımlı bildirib. Xatırladaq ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır. Geri dön |