Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bir binanın bütün mərtəbəsini Ramiz Mehdiyevə bağışlayıb
Ana Sayfa > Karusel / Gündəm > Bir binanın bütün mərtəbəsini Ramiz Mehdiyevə bağışlayıb

Bir binanın bütün mərtəbəsini Ramiz Mehdiyevə bağışlayıb


20-10-2025, 13:36. Yazar: Admin
Bir binanın bütün mərtəbəsini Ramiz Mehdiyevə bağışlayıb

Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması onun sərvətini də gündəmə gətirdi.

22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Mehdiyev bu illər ərzində milyardlarla var-dövlətə sahib olub.

Mehdiyevin fəaliyyəti dönəmində onu sərvət sahibi edən əsas adamlar isə rayon-şəhər icra hakimiyyətlərinin başçıları olub.

Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik edənlər Mehdiyevə villalar, yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevə ən bahalı hədiyyə verənlərdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov olub.

Belə ki, Eldar Əzizov paytaxt meri gətiriləndən qısa zaman sonra Ramiz Mehdiyevlə isti münasibət qurmağı bacarıb.

Bu münasibət nəticəsində Eldar Əzizov Bakının mərkəzində yeni inşa olunan yaşayış binalarının birində bir neçə mənzili birləşdirərək  Mehdiyevə hədiyyə edib.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Eldar Əzizovun özü ilə əlaqə saxlamağa çalışıb.

Lakin paytaxt meri telefon zənglərimizi cavabsız buraxıb.

Eldar Əzizovun da mövqeyini işıqlandırmağa hazırıq.


Geri dön