Ana Sayfa > Karusel / Dünya > “Budapeşt Ukryana ilə bağlı müzakirələr üçün layiqli məkan deyil” –ZELENSKİ

“Budapeşt Ukryana ilə bağlı müzakirələr üçün layiqli məkan deyil” –ZELENSKİ


Bu gün, 12:58. Yazar: Admin

 

“Budapeşti ABŞ və Rusiya liderlərinin Ukraynadakı vəziyyəti müzakirə edəcəyi ən yaxşı məkan hesab etmirəm. Çünki orada söhbət Macarıstanda keçirilən seçkilərdən yox, Ukraynada sülhün bərqərar olmasından gedəcək”

Qarabaginfo.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Trampla Putinin Budapeştdə keçiriləcək görüşünə münasibət bildirərkən deyib.

Ukrayna lideri əlavə edib ki, belə görüş üçün digər layiqli məkanlar mövcuddur. Onların arasında İsveçrə, Avstriya, Vatikan, Səudiyyə Ərəbistanı, Qatar və Türkiyə kimi ölkələr var.

Vladimir Zelenski həmçinin vurğulayıb ki, Macarıstanın Baş naziri ukraynalılar üçün heç bir müsbət addım ata bilməz.


Geri dön