Ana Sayfa > Karusel / Kriminal > Rusiyada Simonyanın öldürülməsinə hazırlıqla bağlı cinayət işi üzrə istintaq başa çatıb

Rusiyada Simonyanın öldürülməsinə hazırlıqla bağlı cinayət işi üzrə istintaq başa çatıb


Bu gün, 11:37. Yazar: Admin

Marqarita Simonyan

 

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın öldürülməsinə hazırlıqla bağlı cinayət işi üzrə istintaq başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, istintaq zamanı məlum olub ki, Simonyanın qətlini planlaşdırmaqda ittiham olunanlar 50 min dollar qarşılığında cinayəti törətməyə razılıq veriblər.

Qeyd edək ki, 2023-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti “Russia Today” kanalının baş redaktoru Simonyanın qətlini planlaşdıran şəxsləri yaxaladıqlarını açıqlayıb.


Geri dön