Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN: Putin və Tramp görüşünün hazırlığı üçün intensiv diplomatik iş aparılır
Rusiya XİN: Putin və Tramp görüşünün hazırlığı üçün intensiv diplomatik iş aparılırBu gün, 07:29. Yazar: Admin |
Rusiya diplomatları Vladimir Putinlə Donald Trampın görüşünə hazırlıq məqsədilə “çox dərin və həqiqətən ciddi” diplomatik iş aparırlar. Qarabaginfo.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, iki lider arasında artıq təmas baş tutub və bu, prezident administrasiyası tərəfindən şərh olunub. Zaxarova əlavə edib ki, bu təmasların davamı olaraq Rusiya və Macarıstanın xarici işlər nazirləri səviyyəsində də tədbirin hazırlanması istiqamətində danışıqlar aparılıb. Geri dön |