Ana Sayfa > Karusel / Dünya > KİV: Tramp Zelenskini Rusiyanın təklifini qəbul etməyə çağırıb
KİV: Tramp Zelenskini Rusiyanın təklifini qəbul etməyə çağırıbBu gün, 07:23. Yazar: Admin |
ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Vaşinqtonda keçirilən görüş zamanı Volodimir Zelenskiyə Rusiyanın təklif etdiyi şərtləri qəbul etməyi tövsiyə edib, əks halda Ukraynanın “tam məhv ola biləcəyi” barədə xəbərdarlıq edib. Qarabaginfo.az əbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Tramp və Zelenski arasında söhbət bir neçə dəfə mübahisəyə çevrilib. Nəşrin mənbələri bildiriblər ki, ABŞ lideri cəbhə xəttini göstərən xəritələri kənara qoyaraq, Ukraynanın Donbası tam şəkildə Rusiyaya verməsi gərəkdiyini israrla vurğulayıb. “Görüşdən sonra Zelenski çox mənfi əhvalda idi,” – deyə qəzetin mənbələrindən biri əlavə edib. Geri dön |