Ana Sayfa > Karusel / Dünya > İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırıb

İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırıb


19-10-2025, 22:14. Yazar: Admin

İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırıb

İsrail Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda humanitar yardımın bölgəyə daxil olmasını müvəqqəti olaraq dayandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, belə qərar İsrailin siyasi rəhbərliyi tərəfindən qəbul edilib və humanitar yardımın Qəzzaya buraxılması “növbəti bildirişədək” dayandırılıb.

İsrail bu addımı atəşkəs rejiminin pozulması ilə izah edir və məsuliyyəti HAMAS-ın üzərinə qoyur.


Geri dön