Ana Sayfa > Karusel / Dünya > Sarkozi cəzasını təknəfərlik kamerada çəkəcək

Sarkozi cəzasını təknəfərlik kamerada çəkəcək


Bu gün, 10:16. Yazar: Admin

Fransanın sabiq prezidenti Nikolya Sarkozi

 

 

Fransanın sabiq prezidenti (2007–2012) Nikolya Sarkozi cəzasını Santa həbsxanasında təkadamlıq kamerada çəkəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həbsxana Paris şəhərində yerləşir və xüsusi təhlükəsizlik rejimi tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir.
Qeyd edək ki, 70 yaşlı Sarkozi 2007-ci ildə seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Geri dön