Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu
Ana Sayfa > Karusel / Səhiyyə > Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu

Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu


Dünən, 12:56. Yazar: Admin

Nazir əmr imzaladı: Üç tibb müəssisəsi ləğv olundu

Səhiyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 3 tibb müəssisəsi ləğv olunub.

Qarabaginfo.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib.

Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.

Müəssisələrin kreditorları mövcud borc tələblərini təqdim etməlidirlər. Debitorlar isə borclarını tam şəkildə ödəməlidirlər.

 


Geri dön