Ana Sayfa > Karusel / Mədəniyyət > Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilib
Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilibDünən, 12:40. Yazar: Admin |
Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) Tələbə Teatrında görkəmli Azərbaycan bəstəkarı, peşəkar Azərbaycan bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Qarabaginfo.az xəbər verir ki, proqramda bəstəkarın Şərq melodiyasını və xalq intonasiyasını Avropa klassik ənənələri ilə birləşdirdiyi məşhur “Firuzə”, “Arşın mal alan” və “Koroğlu” opera və operettalarından romanslar, ariyalar və balladalar səsləndirilib. Üzeyir Hacıbəyli Azərbaycan peşəkar musiqi məktəbinin banisidir. Onun töhvəsi çox böyükdür. O, şərq motivlərini Avropa musiqi ənənəsi ilə birləşdirə bilib. Qeyd etmək lazımdır ki, o, Avropa musiqi ənənələrini rus klassik musiqi məktəbinin rəsisi ilə qavrayıb. Nəticədə bu sintezden klassik Azərbaycan musiqi məktəbi doğulub", diplomat vurğulayıb. QİTİS-in vokal sənəti kafedrasının müdir müavini, professor Nikolay Vasilyev Üzeyir Hacıbəyli yaradıcılığının dünya musiqi mədəniyyəti üçün əhəmiyyətini qeyd edib. "O, vətənində opera dramaturgiyası ilə ciddi məşğul olan ilk bəstəkar olub. Bu, onun əsl bəstəkar kimi istedadından xəbər verir. Fakültəmiz yubileyi məmnuniyyətlə qarşıladı və biz onun irsindən ən diqqətçəkən, ən yaxşı parçaları seçməyə çalışdıq. Onlar həm rus, həm də Azərbaycan dillərində ifa olunub", - deyə N.Vasiliev bildirib. QİTİS Musiqili Teatr kafedrasının dekanı Timofey Sapolev vurğulayıb ki, Üzeyir Hacıbəyli musiqisinin tədris prosesində xüsusi yeri vardır. Konsertdə ifa edən QİTİS-in Musiqili Teatr fakültəsinin tələbəsi Anastasiya Mişşenko bildirib ki, Azərbaycan dilində əsərlər ifa etmək maraqlı və çətin təcrübədir: "Musiqi gözəldir, temperamenti dərhal hiss edirsən. Azərbaycan dilində oxumaq çətin, lakin çox gözəl idi". Digər ifaçı Ruslan İbrahimov bunun tələbələr üçün mühüm peşəkar təcrübə olduğunu qeyd edib: "Üzeyir Hacıbəyli musiqisinin rəngi, harmoniyası, xarizması xüsusidir. Bu ifa mənimlə qalacaq və gələcəkdə mənə mütləq gərəkli olacaq". Konsertin quruluşçu rejissoru və aparıcısı Mariya Sladkovskaya bu konsertin onun üçün böyük xoşbəxtlik olduğunu söyləyib: "Avropa formasının Azərbaycan koloroti ilə necə birləşdiyini eşitmək inanılmazdır. Biz bu gecəni çoxdan planlaşdırırdıq və nəhayət, bu gün baş tutdu". Geri dön |