Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq
Ana Sayfa > Karusel / Dünya > Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq


18-10-2025, 08:52. Yazar: Admin

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

“Eurofighter” qırıcılarının Türkiyəyə göndərilməsi bizim üçün tamamilə təbiidir.”

Qarabaginfo.az xəbər verir ki, bunu Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə görüşdən sonra Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

"Biz Türkiyəni etibarlı NATO müttəfiqi kimi tanıyırıq və ortaq müdafiə ittifaqımızı birlikdə gücləndirmək istəyirik. “Eurofighters”in Türkiyəyə göndərilməsi bizim üçün tamamilə təbiidir. Onlar ittifaqı müdafiə etmək üçün istifadə olunacaqlar. Yunanıstan da bu təyyarələrin göndərilməsinə müsbət yanaşır. Biz də bu təyyarələrin göndərilməsinə müsbət kimi baxırıq", - o deyib.

Sonda Vadeful qırıcıların yaxın zamanda Türkiyəyə təhvil verilə biləcəyini bildirib.


Geri dön