Prezidentlər Zelenski ilə Tramp arasında görüş başa çatıb. Ukrayna prezidenti Ağ Evi tərk edib.
Bu barədə Reuters xəbər verir.
Zelenski ilə görüşündən sonra Tramp Palm Biçdəki iqamətgahına uçub. O, danışıqlardan sonra jurnalistlərə açıqlama verməyib və heç bir suala cavab vermədən gedib.
Ukrayna prezidentinin Ağ Evi tərk etdiyi bildirilir.
Zelenskinin də yaxın vaxtlarda brifinq keçirəcəyi gözlənilir.