Ana Sayfa > Karusel / Dünya > Fransada rusiyalı müxalifətçiyə qarşı sui-qəsdin qarşısı alınıb

Fransada rusiyalı müxalifətçiyə qarşı sui-qəsdin qarşısı alınıb


Dünən, 10:59. Yazar: Admin

Vladimir Oseçkin

 


Fransada Rusiya müxalifətinin nümayəndəsinə qarşı sui-qəsd hazırlığında şübhəli bilinən dörd nəfər saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Le Parisien” Fransa Milli Antiterror Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, söhbət “Gulagu.net” layihəsinin təsisçisi, hazırda Fransada yaşayan Vladimir Oseçkindən gedir (Rusiya tərəfindən xarici agent kimi tanınıb). Oseçkin özü də bu məlumatı təsdiqləyib.

Saxlanılanlar 26–38 yaş arası Fransa və Rusiya vətəndaşlarıdır, onlardan üçü dağıstanlıdır. Onlara "şəxsə qarşı bir və ya bir neçə cinayət hazırlamaq məqsədilə terrorçuluqla əlaqəli sövdələşmə" maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla Fransa Milli Antiterror Prokurorluğu məşğuldur.


Geri dön