Ana Sayfa > Karusel / Dünya > İsrail Qəzzada xəbərdarlıq xətti çəkməyə başlayıb

İsrail Qəzzada xəbərdarlıq xətti çəkməyə başlayıb


Dünən, 10:14. Yazar: Admin

İsrail Qəzzada xəbərdarlıq xətti çəkməyə başlayıb


İsrail Qəzzada özünün nəzarət etdiyi yeri digər bölgədən fərqləndirmək üçün sarı xətlər çəkib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz özünün “X” hesabında məlumat verib.

“Mənim göstərişimlə İsrail ordusu Qəzza ərazisinin 50%-ə nəzarət etdiyi bölgədə sarı xətt çəkməyə başlayıb. Bu təhlükəsizlik və siyasi baxımdan Qəzzanı ayıran xəttdir. Bu xətt HAMAS terrorçularına və Qəzza sakinlərinə xəbərdarlıq etmək üçün bir tədbirdir. Kimsə xətti keçməyə çalışsa, atəşlə qarşılaşacaq” - İsrailin müdafiə naziri xəbərdarlıq edib.


Geri dön