Ana Sayfa > Karusel / Dünya > Vens hesab edir ki, Ukraynada münaqişə həll olunacaq

Vens hesab edir ki, Ukraynada münaqişə həll olunacaq


17-10-2025, 08:31. Yazar: Admin

 

 

ABŞ-ın vitse-prezidenti Cey Di Vens

ABŞ-ın vitse-prezidenti Cey Di Vens hesab edir ki, Rusiya və Ukrayna hələlik münaqişənin həlli üzrə razılaşma imzalamağa hazır deyillər, lakin yekunda bu mümkün olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Newsmax" telekanalına müsahibəsində bildirib.

“Bütün səylərimizə baxmayaraq, Rusiya və Ukrayna hələ o mərhələyə çatmayıblar ki, razılaşma imzalamağa hazır olsunlar. Düşünürəm ki, sonda buna nail olacağıq, lakin bu, əlavə iş tələb edir, çünki tərəflərin mövqeləri bir-birindən çox uzaqdır”, – deyə Vens vurğulayıb.


Geri dön