Ana Sayfa > Karusel / Region > Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev 2 ay müddətinə həbs olunub
Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev 2 ay müddətinə həbs olunub17-10-2025, 08:29. Yazar: Admin |
|
Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev 2 ay müddətinə həbs olunub. Qarabaginfo.az xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkələrdə məlumat yayıb. İlkin məlumatlara görə, onun saxlanılmasına son zamanlar sosial şəbəkələrdə hakimiyyəti tənqid edən paylaşımları səbəb olub. Vəkil "Müqəddəs mübarizə" hərəkatının üzvlərinin məhkəməsinin keçirildiyi binanın qarşısından Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb. Qeyd edək ki, Aleksandr Koçubayev sabiq prezident Robert Koçaryanın oğlu Levonun vəkili olub. Geri dön |