Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin və Tramp "Tomahawk" raketlərinin Ukraynaya mümkün tədarükünü müzakirə ediblər
Ana Sayfa > Karusel / Dünya > Putin və Tramp "Tomahawk" raketlərinin Ukraynaya mümkün tədarükünü müzakirə ediblər

Putin və Tramp "Tomahawk" raketlərinin Ukraynaya mümkün tədarükünü müzakirə ediblər


16-10-2025, 22:52. Yazar: Admin

Putin və Tramp "Tomahawk" raketlərinin Ukraynaya mümkün tədarükünü müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla söhbətində bildirib ki, “Tomahawk” raketlərinin Ukraynaya tədarükü döyüş meydanındakı vəziyyətə təsir etməyəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə, Putin qeyd edib ki, bununla belə, bu raketlərin Kiyevə çatdırılması Rusiya ilə ABŞ arasında münasibətlərə, eləcə də Ukraynadakı sülh prosesinə xələl gətirəcək.

Uşakov onu da deyib ki, mümkün görüş yeri kimi Tramp Budapeşti təklif edib və Putin bu ideyanı dəstəkləyib.

Kreml rəsmisi əlavə edib ki, Rusiya və ABŞ nümayəndələri dərhal Budapeştdə keçirilə biləcək sammitə hazırlığa başlayacaqlar.


Geri dön