Ana Sayfa > Karusel / Dünya > Rusiya Ukrayna Silahlı Qüvvələrinin təlim poliqonuna raket zərbəsi endirib, ölən və yaralananlar var
Rusiya Ukrayna Silahlı Qüvvələrinin təlim poliqonuna raket zərbəsi endirib, ölən və yaralananlar varDünən, 16:32. Yazar: Admin |
Rusiya ordusu "İskəndər-M" operativ-taktiki raket kompleksi ilə Ukrayna Quru Qoşunlarının arxa cəbhədə yerləşən bir təlim bölməsinə iki ballistik raketlə zərbə endirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığı “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Bildirilir ki, zərbə nəticəsində əvvəlcədən verilmiş hava həyəcan siqnalı, şəxsi heyətin sığınacaqlara köçürülməsi və digər təhlükəsizlik tədbirlərinə baxmayaraq, itkilərin qarşısını tam almaq mümkün olmayıb. Hazırda hadisə yerində aidiyyəti üzrə təcili yardım və fövqəladə xidmətlər işləyir. Geri dön |