Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hərbi Prokurorluqda - Yeni təyinatlar
Ana Sayfa > Karusel / Siyasət > Hərbi Prokurorluqda - Yeni təyinatlar

Hərbi Prokurorluqda - Yeni təyinatlar


16-10-2025, 15:29. Yazar: Admin

herbi-prokurorluqda

Azərbaycan Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmrlər imzalanıb.

Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsinə təyin olunub.

İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

Respublika Hərbi Prokurorluğundan təyinatları saytımıza təsdiq ediblər.

Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır.


Geri dön