Ana Sayfa > Karusel / Dünya > “Politico”: Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər
“Politico”: Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilərDünən, 12:18. Yazar: Admin |
Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlər İndoneziya, Azərbaycan və Pakistandır. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-dan olan anonim hərbi rəsmi “Politico”ya bildirib. Onun sözlərinə görə, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib. Lakin məsələ ilə ən çox maraqlananlar yuxarıda adıçəkilən ölkələrdir. Mənbə deyib ki, ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planına uyğun olaraq, ABŞ bölgəyə müvəqqəti stabilləşdirici qüvvələr göndərəcək və bu qüvvələr Fələstində polislərə təlimlər keçəcək. Heç bir ABŞ hərbi qüvvəsi Qəzzada olmayacaq. Ağ Ev, İndoneziya, Azərbaycan və Pakistan səfirlikləri “Politoco”nun sorğusuna cavab verməyib. Qeyd edək ki, Qəzzada atəşkəslə bağlı İsrail və HAMAS arasında razılaşma əldə olunub. Razılaşma çərçivəsində girov və məhbus mübadiləsi baş tutub. Lakin İsrail HAMAS-ın bütün israilli girovların meyitlərini təhvil verməyəcəyi təqdirdə, atəşkəsin davamlı olmayacağı barədə xəbərdarlıq edib. Geri dön |