Ana Sayfa > Karusel / Dünya > SEPAH-ın briqada generalı Əlireza Əfşar vəfat edib

SEPAH-ın briqada generalı Əlireza Əfşar vəfat edib


Dünən, 12:17. Yazar: Admin

Əlireza Əfşar

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş rəhbər şəxslərindən biri, Bəsic Müqavimət Qüvvələrinin sabiq komandanı, briqada generalı Əlireza Əfşar ölüb.

Qarabaginfo.az İran mediasına istinadən xəbər verir ki, o ürək tutmasından ölüb.

Qeyd edək ki, Əlireza Əfşar 1980-1988-ci illərdə İran-İraq müharibəsinda SEPAH komandirlərindən biri olub.

O həm də, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirən tələbələr sırasında olub.


Geri dön