Ana Sayfa > Karusel / Cəmiyyət > Sosial şəbəkədə tez-tez şəxsi məlumatları paylaşmaq narsizim əlamətidir

Sosial şəbəkədə tez-tez şəxsi məlumatları paylaşmaq narsizim əlamətidir


Dünən, 10:04. Yazar: Admin

 

Facebook

Sosial şəbəkələrdə özəl məlumatların tez-tez paylaşılması həmin adamda patoloji narsizsizmi göstərə bilər.

Qarabaginfo.az bildirir ki, bu barədə psixoterapevt  Ruslan Pankratov aif.ru-ya bildirib.

“Sosial şəbəkə istifadəçiləri tərəfindən şəxsi həyatla bağlı foto və statusların sistematik şəkildə yerləşdirilməsi patoloji narsissizmin klassik əlamətidir”, – deyə o  qeyd edib.

Pankratov Ermənistanın baş naziri Nikol Paşinyanı misal çəkib. O, tez-tez velosiped sürdüyü şəxsi videoları, ofisindən musiqi fasilələri və digər videolar dərc etməyə başlayıb.

“Paşinyanın gündəlik “xoş arzular” ilə video paylaşımları kritik özünəinamsızlığından xəbər verir”, – psixoterapevt əlavə edib.

Bundan əvvəl Paşinyan özünün Telegram-kanalında ofisində oturaraq müğənni Zemfiranın mahnısını dinləyərkən çəkilmiş kadrları yerləşdirib. Videoda Ermənistan hökumətinin başçısı mahnıya düşüncəli şəkildə qulaq asır və “məni bağışla, sevgilim” sözləri ilə kameraya baxır. Başlıqda “Sabahınız xeyir, hamınıza xoş günlər” yazılıb.

Paşinyan da Vladimir Vısotskinin “Hər şey səhvdir, uşaqlar” mahnısının müşayiəti ilə videoda fikirli oturur.

Narsisizm — özlərinin “xüsusi” və ya”seçilmiş” olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan davranış tipidir.


Geri dön