Ana Sayfa > Karusel / Kriminal > Yasamalda silahlı insident - 2 nəfər yaralandı

Yasamalda silahlı insident - 2 nəfər yaralandı


Bu gün, 09:57. Yazar: Admin

yasamalda-silahli-insident

Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

Qarabaginfo.az “Bakupost”a istinadən xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.

 


Geri dön