Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb


Dünən, 22:54. Yazar: Admin

 

“Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri doktor Günter Sautter ilə görüşdüm“.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

O qeyd edib ki, görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub:

“Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”.


Geri dön