Ana Sayfa > Karusel / Dünya > ABŞ bu ölkənin siyasətçi və rəsmilərinin giriş vizalarını ləğv edib

ABŞ bu ölkənin siyasətçi və rəsmilərinin giriş vizalarını ləğv edib


Bu gün, 14:54. Yazar: Admin

 

Viza

ABŞ hökuməti Tramp administrasiyası ən azı 50 Meksikalı siyasətçi və hökumət rəsmisinin vizalarını ləğv edib.

Qarabaginfo.az bildirir ki, bu barədə iki meksikalı məmur Reuters-ə bildirib.

Bir neçə belə hal ictimaiyyətə açıqlanıb. Lakin Reuters-in hesabatı göstərir ki, vizaların ləğvi açıqlanmasa da tez-tez baş veririmiş.

Mənbələrə görə, ABŞ-dan kiminsə vizasının ləğvi üçün izahat tələb olunmur. Bunun üçün sanksiyalar tətbiq etmək imkanı xeyli aşağıdır.

Reuters-in şərh sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib:
“Xarici rəsmilərin vizaları da daxil olmaqla, ABŞ-ın milli maraqlarına zidd fəaliyyətlərə görə istənilən vaxt ləğv edilə bilər”.


Geri dön