Ana Sayfa > Karusel / Dünya > Kreml Putinin bu gün Moskvada Əhməd əl-Şaraa ilə görüşəcəyini təsdiqləyib
Kreml Putinin bu gün Moskvada Əhməd əl-Şaraa ilə görüşəcəyini təsdiqləyib15-10-2025, 11:38. Yazar: Admin |
|
Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada işgüzar səfərdə olacaq Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, dövlət başçıları ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərq gündəmini müzakirə edəcəklər. Geri dön |