Ana Sayfa > Karusel / Qarabağ > Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək
Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcəkDünən, 11:09. Yazar: Admin |
Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək. Qarabaginfo.az xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, bu ildən sözügedən binaların artıq tikintisinə başlanılıb: "800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək. Ümumilikdə, ikinci qayıdış planına qədər Şuşaya 8 min nəfər köçürüləcək:. Aydın Kərimov əlavə edib ki, bu il ərzində Şuşaya 430 min turist səfər edib, 23 min nəfər gecələyib. Geri dön |