Ana Sayfa > Karusel / Dünya > Tramp Çarli Kirki ölümündən sonra "Azadlıq" medalı ilə təltif edib
Tramp Çarli Kirki ölümündən sonra "Azadlıq" medalı ilə təltif edibBu gün, 08:53. Yazar: Admin |
ABŞ Prezidenti Donald Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident "Azadlıq" Medalı ilə təltif edib. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Ağ Evin həyətində mərasim təşkil olunub. Tədbir Çarli Kirkin doğum gününə həsr edilib. Mərasimdə Çarli Kirkin xanımı Erika Kirk, vitse-prezident Ceyms Vens, xəzinədarlıq katibi Skot Bessent, ticarət katibi Hovard Lutnik, baş prokuror Pam Bondi və müdafiə katibi Pit Heqset də iştirak edib. Tramp açılış mərasimində Kirk haqqında danışaraq onu “əsl qəhrəman” adlandırıb. Xatırladaq ki, Donald Trampın tərəfdarı olan 32 yaşlı siyasi fəal Çarli Kirk bu il sentyabrın 10-da Utah Valley Universitetində çıxışı zamanı güllələnib. Geri dön |