Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Makron hökumətə etimadsızlıq elan olunacağı təqdirdə parlamenti buraxacağını bildirib
Ana Sayfa > Karusel / Dünya > Makron hökumətə etimadsızlıq elan olunacağı təqdirdə parlamenti buraxacağını bildirib

Makron hökumətə etimadsızlıq elan olunacağı təqdirdə parlamenti buraxacağını bildirib


Dünən, 19:57. Yazar: Admin

Fransa Prezidenti Emmanuel Makron

 

 

Fransa Prezidenti Emmanuel Makron Sebastyen Lekornyu hökumətinə etimadsızlıq elan olunacağı təqdirdə yeni Baş nazir təyin etməyəcəyini, əvəzində parlamenti buraxacağını bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Mod Brejon RFI-yə deyib.

Brejon Fransa Nazirlər Kabinetinin iclasında Makronun sözlərini sitat gətirərək deyib ki, Lekornyu hökumətinə qarşı etimadsızlıq təklifləri "parlamentin buraxılması təklifləri" kimi qiymətləndirilməlidir.

Hökumət sözçüsünün sözlərinə görə, Makron bildirib ki, hazırkı Fransa hökumətinə qarşı biri ultrasağçılar, digəri isə ultrasolçular tərəfindən iki etimadsızlıq təklifi irəli sürülüb — “və bu da göstərir ki, bəziləri müzakirə aparmaq istəmir”.


Geri dön