Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib
Ana Sayfa > Karusel / Siyasət > "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

"Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib


Dünən, 19:46. Yazar: Admin

"Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan "Birlik - 2025" birgə regional təliminin oktyabrın 14-də açılış mərasimi keçirilib.

Bu barədə  Qarabaginfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra tədbir iştirakçılarına konsert proqramı təqdim edilib, özbək və digər xalqların milli mahnıları ifa olunub.

Sonda təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.


Geri dön