Ana Sayfa > Karusel / Dünya > Zelenski Odessanın meri, sabiq deputat və daha bir nəfəri vətəndaşlıqdan məhrum edib
Zelenski Odessanın meri, sabiq deputat və daha bir nəfəri vətəndaşlıqdan məhrum edibDünən, 17:17. Yazar: Admin |
Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə nəfərin Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə fərman imzalayıb. Qarabaginfo.az xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında bildirib. “Bəzi şəxslərin Rusiya vətəndaşlığına malik olduğu təsdiqlənib – onlar barədə müvafiq qərarlar hazırlanıb. Fərmanı imzaladım”, – Zelenski qeyd edib. “Strana” nəşrinin məlumatına görə, Odessanın meri Qennadiy Truhanovla yanaşı, Ali Radanın keçmiş deputatı Oleq Tsarev və balet artisti Serqey Polunin də vətəndaşlıqdan məhrum ediliblər. Geri dön |