Ana Sayfa > Karusel / İqtisadiyyat > Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb


Dünən, 16:48. Yazar: Admin

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektlərinin sayı açıqlanıb


Bu ilin 1 oktyabr tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 98 144-ü fərdi sahibkar olmaqla, ümumilikdə 103 545 sahibkarlıq subyekti fəaliyyət göstərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.

Qarabağ iqtisadi rayonunda mikro sahibkarlıq subyektlərinin sayı 4 077, kiçik sahibkarlıq subyektlərinin sayı 240, orta sahibkarlıq subyektlərinin sayı 90, iri sahibkarlıq subyektlərinin sayı 16 olub. Sözügedən tarixə iqtisadi rayon üzrə 91 009 fərdi sahibkar fəaliyyət göstərib. Onlardan 73 320 nəfəri kişi, 17 689 nəfəri qadın sahibkarlar olub.

Oktyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonunda 947 mikro, 57 kiçik, 21 orta, 3 iri sahibkarlıq subyekti fəaliyyət göstərib. Sözügedən tarixə iqtisadi rayon üzrə fərdi sahibkarların sayı 7 135 nəfər təşkil edib. Onlardan 5 427 nəfəri kişi, 1 708 nəfəri qadın sahibkarlar olub.


Geri dön