Ana Sayfa > Karusel / Sosial > Ölkədə nikahların sayı artıb, boşanmaların sayı azalıb
Ölkədə nikahların sayı artıb, boşanmaların sayı azalıbBu gün, 15:28. Yazar: Admin |
Ötən ay ölkədə qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 31403 nikah və 13869 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Geri dön |