Ana Sayfa > Karusel / Dünya > Rusiyada Xodorkovskiyə terror təşkilatı yaratmaq ittihamı ilə cinayət işi açılıb

Rusiyada Xodorkovskiyə terror təşkilatı yaratmaq ittihamı ilə cinayət işi açılıb


Bu gün, 11:39. Yazar: Admin

Mixail Xodorkovski

 

Rusiyada Mixail Xodorkovskiyə terror təşkilatı yaratmaq ittihamı ilə cinayət işi açılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, “Rusiyanın Müharibə Əleyhinə Komitəsi”nin 22 üzvü, o cümlədən keçmiş Baş nazir Mixail Kasyanov, şahmatçı Harri Kasparov da var.

Bundan başqa, terror təşkilatı yaratmaq işi üzrə təqsirləndirilən şəxslər arasında Şulman, Şenderoviç, Kara-Murza, Çiçvarkin, Smolyaninov, Gelman, Qozmanın da adları qeyd olunub.

Cinayət işi açılan şəxslərin hamısı Rusiyada xarici agent hesab olunur. Onlar hazırda xaricdə yaşayırlar.

Rusiyada arzuolunmaz hesab edilən “Rusiyanın Müharibə Əleyhinə Komitəsi”nin üzvlərini 20 ilə qədər həbs gözləyir. Onlar terror təşkilatı yaratmaq, hakimiyyəti zorakılıqla ələ keçirmə, terror aktlarına çağırışda ittiham olunurlar.


Geri dön