Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO
Ana Sayfa > Karusel / Qarabağ > Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO

Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO


14-10-2025, 11:14. Yazar: Admin

Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən Əlahiddə Ümumqoşun Orduda silahların, döyüş və xüsusi texnikaların, həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Qarabaginfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, göstərilən texniki xidmət çərçivəsində hərbi hissələrin texniki xidmət məntəqələrində texnikalar mövsümə uyğun yanacaq-sürtkü materialları ilə təmin olunur, elektrik sistemləri yoxlanılaraq zəruri xidmətlər göstərilir.
Hərbi hissələrə lazım olan ehtiyat hissələri və avadanlıqlar mərkəzləşdirilmiş şəkildə çatdırılaraq tam təminat normalarına uyğun yerinə yetirilir.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə yerinə yetirilən mövsümi xidmət tədbirləri təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla icra edilir.


Geri dön