Ana Sayfa > Karusel / Dünya > Sloveniya ABŞ silahlarının alınması üçün Ukraynaya vəsait ayırıb

Sloveniya ABŞ silahlarının alınması üçün Ukraynaya vəsait ayırıb


Bu gün, 08:10. Yazar: Admin

Sloveniya ABŞ silahlarının alınması üçün Ukraynaya vəsait ayırıb


Sloveniya NATO ölkələrinin Ukraynaya yardım məqsədilə ABŞ silahlarının alınmasına maliyyə dəstəyi göstərdiyi PURL təşəbbüsünə qoşulub.

Qarabaginfo.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Sloveniya Baş naziri Robert Golob NATO Baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Məbləği açıqlaya bilmirəm, çünki bu, gizlidir. Hazırda mənim onu açıqlamaq səlahiyyətim yoxdur, amma bu vəsait 2025-ci ilin müdafiə büdcəsində nəzərdə tutulub, yəni əlavə xərclər olmayacaq", - Baş nazir qeyd edib.

Golob əlavə edib ki, bu yardım paketi yalnız müdafiə xarakterli silahları əhatə edir.


Geri dön