Ana Sayfa > Karusel / Dünya > ABŞ Prezidenti İrana xəbərdarlıq edib: Qonşuları təhdid etməyi dayandırın
ABŞ Prezidenti İrana xəbərdarlıq edib: Qonşuları təhdid etməyi dayandırın13-10-2025, 16:41. Yazar: Admin |
|
Qonşuları təhdid etməyi, silahlı qruplaşmaları maliyyələşdirməyi dayandırın və İsrailin mövcudluq hüququnu tanıyın. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışı zamanı bildirib. “Siz hazır olarkən biz də hazırıq, bu, İrannın indiyə qədər verdiyi ən yaxşı qərar olacaq. Və bu baş verəcək”, - Tramp vurğulayıb. ABŞ lideri İranla sülh müqaviləsinin imzalanmasının xoş olacağını da əlavə edib. “Sizcə bu yaxşı olmaz? Çünki mənə elə gəlir ki, onlar (iranlılar) bunu istəyirlər”, - Tramp bildirib. Geri dön |