Ana Sayfa > Karusel / Siyasət > 154 fələstinli deportasiya məqsədilə Misirə gətirilib

154 fələstinli deportasiya məqsədilə Misirə gətirilib


Bu gün, 16:39. Yazar: Admin

154 fələstinli deportasiya məqsədilə Misirə gətirilib

154 fələstinli məhbus deportasiya edilmək üçün Misirə gətirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə HAMAS-ın Məhbuslar Mediası Ofisi məlumat yayıb.

Qeyd edək ki, HAMAS-İsrail razılaşmasından sonra HAMAS 20 israilli girovu azad edib.

Əvəzində isə İsrail 250 fələstinli məhbusu azadlığa buraxıb.

Ümumilikdə isə 1900-dən çox fələstinli məhbusun İsrail tərəfindən sərbəst buraxılması nəzərdə tutulub.


Geri dön